“Azəriqaz” bayram günləri fəaliyyət göstərəcəkmi?

“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq qapı” aksiyası keçirilib.

 

Aksiyada "Azəriqaz" İB-nin Bakı regional Qaz istismarı departamentinin rəisi Rauf Əhmədov bildirib ki, hazırda Bakı şəhəri üzrə 1 milyon 80 minə qədər abonentə xidmət göstərilir. Onlardan 1 mln. 160 mini əhali, 22 mindən yuxarısı isə qeyri-əhali istehlakçılarıdır.

 

“Azəriqaz” İB-nin 104 çağrı mərkəzinin rəisi Xalidə Şimşək isə bildirib ki, qaynar xətt bayram günlərində də 24 saat fəaliyyət göstərəcək.

Müəllif | Apa.Tv
Apa.tv