“Azəriqaz” bu il niyə artıq qaz alıb?
Bu ilin fevral ayında “Azəriqaz” İstehsalat Biliyi ümumilikdə 980 milyon kubmetr qaz qəbul edilib.
APA TV xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu, 2021-ci ilin fevral ayı ilə müqayisədə 13,3% artıqdır: “Mart ayının 1-ə ümumi olaraq abonentlərimizin sayı 2 452 abonent sayı: 01 mart 2022-ci il tarixinə İstehsalat Birliyi üzrə istehlakçıların sayı 2 452 924-ə çatmışdır. O cümlədən qeyri-əhali sektoru üzrə 37 421 abonent, əhali sektoru üzrə isə 2 415 503 abonent olmuşdur. Fevral ayı ərzində 4 868 yeni abonent qeydiyyata alınmışdır. O cümlədən əhali sektoru üzrə 4 557, qeyri əhali sektoru üzrə isə 311 abonent yeni qeydiyyata alınmışdır”.
Martın 1-nə olan məlumata görə, "Azəriqaz" üzrə istismarda olan sayğacların sayı 2 415 503 ədəddir, bunların 63%-i sonradan ödənişli, 37% smart-kart tipli cihazlardır.
Qeyd edək ki, “Açıq qapı” aksiyası “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanıb. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılıb.
Nərmin Murad,
Kamran Namazov,
APA TV