“Azəriqaz” ötən il nə qədər pul yığıb?

“Azəriqaz" İstehsalat Birliyində "Açıq qapı" aksiyası keçirilib.

 

"Azəriqaz" İstehsalat Birliyinin Abonent bazasına xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov məlumat verib ki, qurum bir sıra yeni layihələr üzərində çalışır. Onun sözlərinə görə, yaxın gələcəkdə sayğacların göstəricilərinin oxunması onlayn formada həyata keçiriləcək. Artıq süni intellekt vasitəsilə sayğacın şəkli çəkildikdən sonra birbaşa abonentin hesabına həmin göstəricilərin ötürülməsinə nail olunub.

“Azəriqaz” rəsmisi bildirib ki, 2022-ci ildə istehlakçılara 7 milyard 321 milyon kubmetr “mavi yanacaq” satılıb. Ötən il əhaliyə satılan təbii qazın ümumi dəyəri 1 milyon 332 min 424 manat təşkil edib. Bunun müqabilində 1 milyon 314 min 569 manat ödəniş toplanıb.

Müəllif | Apa.Tv
Apa.tv