“Azəriqaz”dan xəbərdarlıq: Bacaları təmizlədin
“Azəriqaz” İstehsalat Birliyidə növbəti “Açıq qapı” aksiyası keçirilib. Qurumun Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, təmsil etdiyi quruma 2023-cü ilin 10 ayı ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 9831 müraciət daxil olub: İlkin Behbudov vətəndaşlara müraciət edərək onu da bildirdi ki, qışın gəlişi ilə əlaqədar olaraq təbii qaz istifadəsində artım olacaq deyə, tüstü bacalarının təmizlənməsi təhlükəsizlik üçün başlıca şərtdir. O vurğuladı ki, bacalarını təmizlətmək istəyən şəxslər mənzil kommunal təsarufatlərinə müraciət etməlidirlər.
Sünbül Hüseynova HƏZRƏT BAYRAMLI APA TV