“Azəriqaz”ın adından pul yığan şəxsin görüntüsü yayıldı - TANIYIN!
"Azəriqaz" abonentlərdən qanunsuz pul tələb edən şəxsin görüntülərini yayıb.
Bu barədə APA TV-yə “Azəriqaz”dan bildirilib: “Paytaxtın Elşən Süleymanov küçəsində bina evlərindən bir nəfər naməlum şəxs smart-kart tipli sayğacların kartlarının dəyişdirilməsi adı ilə pul yığır. O, hər abonentdən 10 manat tələb edir: Əməkdaşlarımız abonentlərlə heç vaxt bu cür ünsiyyətdə olmur və smart-kartların zədələnmədiyi halda istifadə müddəti məhdudiyyətsizdir".