“Azəriqaz”ın fəaliyyəti barədə SORĞU KEÇİRİLDİ: NƏTİCƏLƏR NECƏDİR?
"QBS" konsaltinq şirkəti "Azəriqaz" İB-nin fəaliyyətinin qiymətləndirilməsi, “ASAN Xidmət” və "Asan Kommunal" mərkəzlərində göstərdiyi xidmətlərdən və 104-185 Çağırı mərkəzinin fəaliyyətindən məmnunluq səviyyəsi üzrə sorğu keçirib.
Bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib: “QBS” konsalting ilə belə bir sorğu keçirmək qərarına gəldik. Bu gün həmin sorğunun nəticələriNİ şirkətin nümayəndəsi mətbuata açıqlayacaq”.
"QBS" konsaltinq şirkətinin nümayəndəsi Valeh İsmayılov deyir ki, sorğu ümumilikdə 2080 nəfər arasında keçirilib. Abonentləri qane etməyən hallar əsasən müraciət etdikləri problemin öz həllini tapmaması ilə bağlı olub. Ümumilikdə Çağrı mərkəzlərinə müraciət etmiş abonentlər çağrı mərkəzinin fəaliyyətini müsbət qiymətləndiriblər: “Bakı şəhəri üzrə respondentlərin seçilmə prosesində rayonlar üzrə seçmə nisbətinə əməl olunmaqla aparılıb. Slaytda da görürsünüz diaqramda respondentlərin yaş qruplarını görürsünüz. Respondentlərin əsas hissəsini 30-49 yaş aralığında olan abonentlər təşkil edir. Və bu diaqramlar tək Bakı şəhəri üzrə yox, həm region, həm də ölkə üzrə göstərilmişdir”.
Rəyi soruşulanların 66%-i “Azəriqaz” İB-nin fəaliyyətini ümumilikdə yaxşı, 9%-i pis qiymətləndirib, 24%-nin isə münasibəti orta olub.
Qeyd edək ki, ümumilikdə “Azəriqaz” İB tərəfindən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlərin 89%-də xidmət səviyyəsi vətəndaşları qane edib. Regionlar üzrə bu göstərici 86%, Bakı şəhəri üzrə isə 90%-dir.
Nərmin Murad,
Kamran Namazov,
APA TV