“Azərişıq”: Əhali abonentlərimizdən ödəmə terminalı hər hansı bir əlavə xidmət haqqı ala bilməz

 “Azərişıq” ASC ödəmə terminallarından qeyri-əhali ödənişlərinə görə əlavə 1 manat tutulacaq məsələsinə aydınlıq gətirib.

APA TV xəbər verir ki, “Azərişıq” ASC bununla bağlı istehlakçılara müraciət edib:

Müraciətdə bildirilir ki, istifadə edilən elektrik enerjisinin dəyəri Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərlə tənzimlənir ki, təqdim olunan bildiriş və hesab fakturalarda bu açıq-aydın göstərilir.

“Azərişıq” ASC tərəfindən istehlakçılara təqdim edilmiş bildiriş və hesab fakturadakı məbləğlərdən əlavə hər hansı məbləğ tələb olunmur.

Əhali istehlakçıları tərəfindən nağd ödəmələrə görə, aparılan əməliyyatların xərci isə “Azərişıq” ASC tərəfindən ödənilir. Yəni əhali abonentlərimizdən ödəmə terminalı ümumiyyətlə hər hansı bir əlavə xidmət haqqı ala bilməz”.

Məlumatda deyilir ki, qeyri-əhali istehlakçıları tərəfindən ödəmə terminallarına nağd ödəniş zamanı xidmət haqqı tətbiq olunmasının “Azərişıq” ASC ilə heç bir əlaqəsi yoxdur.

 

Müəllif | Apa.Tv
Apa.tv