“Azərişıq” hərəkətə keçdi

Abşeron rayonu, Xırdalan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, fasiləyə səbəb yol-nəqliyyat hadisəsi olub. Belə ki, avtomobilin elektrik transformatoruna çırpılması işığın verilməsində problem yaradıb.

Artıq qəzanın fəsadları aradan qaldırılıb, elektrik enerjisinin verilişi bərpa olunub.

Müəllif | Apa.Tv
Apa.tv