“Azərişıq” müraciətlər üçün müddəti qısaltdı - QURUMDAN AÇIQLAMA
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) üzrə 2015-2019-cu illər ərzində texniki itkilərin faizində azalma müşahidə olunub”.
APA TV-nin məlumatına görə, bunu qurumun “ASAN xidmət”lə iş və elektron idarəetmə departamentinin direktoru Elsevər Rüstəmli deyib.
Bu göstərici 2015-ci ildəki rəqəmdən 4, ötən ilki göstəricidən isə 0,1 faiz aşağıdır.
2020-ci ildə texniki itkilərin 0,9-1 faiz aşağı salınması nəzərdə tutulur ki, bununla da texniki itkilərin faiz dərəcəsi 8,9 faizə enə bilər.
Departament direktoru yeni sistemdən də danışıb. İnşaat şirkətlərinin, sahibkarların, eləcə də fiziki şəxslərin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin, evlərin elektrik enerjisi ilə təchizatının təmin edilməsi üçün müraciət müddəti 24 gündən 20 günə qədər azaldılıb. Elektron Müraciətlərin İdarəolunması Sistemi vasitəsilə hazırda hər bir sahibkar və vətəndaş onlayn qaydada müraciət edib, elektrik çəkdirə bilər. Bu arada müraciətlərin sayında artım müşahidə olunur: “Aparılan islahatların nəticəsində keçən ilin ilk 10 ayı ərzində 2600-ə yaxın müraciət daxil olduğu halda bu ilin ilk 10 ayı ərzində 3 800-ə yaxın müraciət olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz artım deməkdir"
İndi “www.azerishiq.az” saytına, oradan isə Elektron Müraciətlərin İdarəolunması Sisteminə daxil olan sahibkar Elektron Hökumət portalına keçir və sistem digər dövlət qurumları ilə inteqrasiya olunduğu üçün müraciət edən özünə aid məlumatları ümumi bazadan götürür.