“Azərişıq”ASC-dən yenilik - ELEKTRİK XƏTLƏRİNƏ DRONLARLA BAXIŞ KEÇİRİLƏCƏK
“Azərişıq” ASC xətlərə texniki baxışın keçirilməsi məqsədilə xüsusi təyinatlı uçuş aparatları istifadə edəcək.
ASC-dən APA TV-yə verilən məlumata görə, dronlar işğaldan azad olunan ərazilərdə qurulacaq Ağıllı Şəbəkələrdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub.
Bu tip pilotsuz uçuş aparatları sadə foto-video çəkilişləri üçün nəzərdə tutulan dronlardan xeyli fərqlənir. Onlar vasitəsilə 360 dərəcəlik panorama, infraqırmızı spektrdə və temperatur göstəricilərinin vizuallaşdırılması rejimlərində çəkiliş aparmaq mümkündür.
Bundan əlavə, xüsusi yaxınlaşdırma (zoom) funksiyası 25-30 m məsafədən kiçik ölçülü zədələnmələri belə müəyyən etməyə imkan verir.
Hazırda ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində “Şəbəkə qüsurlarının aşkar edilməsində Yüksək texnologiyaların tətbiqi” üzrə təlim-tədris kursuna start verilib.