“AZƏRSU” ASC sahibkarlara vurduğu ziyanı niyə ödəmir?

Təxminən bir ay öncə Bakı şəhərinin mərkəzində keçidi su basmışdı. Söhbət “Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidindən gedir. Belə ki, keçidin üzərində yerləşən yaşıllıq ərazinin suvarılması üçün nəzərdə tutulmuş xətdə baş verən qəza səbəbindən su keçidə dolaraq oradakı kanalizasiya suları ilə qarışmışdı. Nəticədə də gündəlik qazanclarını bu keçiddə qeyri-ərzaq mallarını satmaqla çıxaran satıcılara külli miqdarda ziyan dəyib.

APA TV-yə müraciət edən sahibkarlar deyirlər ki, problemin aradan qaldırılması üçün “Azərsu ASC”yə  məlumat versələr də , qarşılığında müxtəlif vədlər alıblar.Amma bu vədlər elə  vəd olaraq da qalıb. Çünki bu vədin üzərindən bir ay keçib və heç bir nəticəsi də yoxdur.

Məsələ ilə  bağlı cavabdeh qurum olan  “Azərsu” ACS ilə  əlaqə saxladıq.Qurumun mətbuat katibi Anar Cəbrayıllı bildirdi ki, hazırda araşdırma aparılır.

Təbii ki, iqdisadiyyatımızın inkişafında sahibkarların fəaliyyəti çox önəmlidir. İsət kiçik, isətəsə də, böyük fərq etmir. Bu baxımdan da ümid edirik ki,məsələ ilə bağlı tam obyektiv qərar veriləcək və sahibkarların hüququ bərpa olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv