“Azərtoxum” MMC-nin direktoru bıçaqlandı - BƏRDƏDƏ
Bərdədə “Azərtoxum” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru bıçaqlanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Şərifli kəndində qeydə
alınıb.
Rayon sakini “Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımov oğlu Şamil Qasımov ilə Orxan Fərəcbəylinin dava etdiyini görüb. Bu zaman onları ayırmağa cəhd edən Məzahir Qasımova Orxan Fərəcbəyli 3 bıçaq zərbəsi endirib. Xəstəxanaya yerləşdirilən Məzahir Qasımovun vəziyyəti ağırdır.
Hadisəni törədən Osman Fərəcbəyli polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.