AzTV-də polis özünü güllələyib

Bakıda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

 

APA TV xəbər verir ki, hadisə AzTV-də qeydə alınıb. Belə ki, QSC-nin Mühafizə Şöbəsinin əməkdaşı, polis kiçik serjantı Yasin İnqilabzadə xidmət zamanı ona təhkim olunmuş silahla ehtiyatsız davranıb. Bu zaman açılan atəş nəticəsində o, hadisə yerində dünyasını dəyişib.

 

Daxili İşlər Nazirliyindən APA TV-yə faktı təsdiqləyiblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv