Azyaşlı hovuzda boğularaq öldü

Beyləqan rayonunda 3 yaşlı qız hovuzda boğulub.

 

APA xəbər verir ki, hadisə rayonun İkinci Şahsevən kəndində qeydə alınıb.

 

2019-cu il təvəllüdlü Azadlı Nərgiz Alı qızı yaşadığı evin həyətində yerləşən hovuza düşərək boğularaq ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv