Azyaşlı motosiklet sürdü, polis işə qarışdı

Sosial şəbəkələrdə Bakıda azyaşlının motosiklet sürməsi ilə bağlı görüntülər yayılıb.

 

Görüntülərin Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsində lentə alındığı bildirilir.

 

Görüntülərdə 4-5 yaşlı uşağın hərəkətdə olan maşınların arasında motosiklet sürdüyü görünür.

 

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya bildirib ki, görüntülərə polis öz səlahiyyəti çərçivəsində hüquqi qiymət verəcək: “Bu kimi hadisələrdə uşağın valideynləri günahkardır. Bu mənzərə nə məntiqə, nə də şüura sığan hərəkətdir. Bəzən elə hadisələrin şahidi olursan ki, şərh verməyə çətinlik çəkirsən”.

Müəllif | Apa.Tv
Apa.tv