Azyaşlılar arasında yeni virus?

Gəncədə azyaşlılar arasında virus yayılıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, gün ərzində xəstəxanaya müraciətlərin sayında artım müşahidə olunub.

 

Son bir həftədə müşahidə olunan yoluxma halları səbəbi ilə xəstəxanaya yerləşdirilən uşaqların sayı bu gün kəskin artıb. İlkin rəqəmlərə görə gün ərzində 100-ə yaxın azyaşlı sözügedən əlamətlərlə xəstəxanaya yerləşdirilib. Virus zamanı  qusma və hərarət halları müşaiət olunur.

 

Valideynlərin sözlərində görə, son bir həftədə övladlarında qızdırma tez-tez təkrarlanıb.

 

Həkimlərin sözlərinə görə uşaqlar xəstəxanaya vaxtında çatdırılmasa daha ağır fəsadlara yol aça bilər. 

 

Qeyd edək ki, vəziyyəti daha ağır olan uşaqlar təcili olaraq Bakı şəhərinə göndərilib.

 

 Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV, Gəncə

 

 

Müəllif | Apa.Tv
Apa.tv