BAAU-da Beynəlxalq Ərəb Dili Günü qeyd olunub

Bakı Avrasiya Universitetində (BAU) “Beynəlxalq Ərəb Dili Günü”nə həsr olunan tədbir keçirilib.

APA TV-nin məlumatına görə, tədbirə Səudiyyə Ərəbistanı, İran, Fələstin, İordaniya və Litvanın ölkəmizdəki səfirləri, Küveyt,  Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Əlcəzair, İraq və Sudan səfirliklərinin nümayəndələri dəvət olunub.

 

Universitetin mətbuat katibi Şəfaət Əliyev deyib ki, ötən il tədris ocağında  mərhum Səudiyyə kralı Abdul bin Əbdüləziz adına “Ərəb dilinə xidmət üzrə beynəlxalq mərkəz” yaradılıb. Bu gün isə ərəb ölkələrinin diplomatları ilə birlikdə dəyirmi masa keçirilib, qonaqlar universitetlə tanış edilib: “Qonaqlar öz ölkələrinin milli adət ənənələrini və milli yeməklərini təqdim edib. Onlarla tələbənin görüşü keçiriləcək. Onları maraqlandıran suallar cavablandırılacaq. Ərəbşünaslıq mərkəzinə indiyə qədər 300-ə yaxın ərəb dilli kursla bağlı müraciətlər olub və bu müraciətlər müsbət qarşılanıb. Tələbələrin ərəbdilli mütəxəssis olması üçün bütün şərait yaradılacaq”.

 

Daha sonra universitet rəhbərliyi və qonaqlar müxtəlif ölkələrin milli mətbəx nümunələri  ilə tanış olub.

Müəllif | Apa.Tv
Apa.tv