Babək Rayon Məhkəməsində keçirilən iclasda qərar elan olunub

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində həmyaşıdı 2005-ci il təvəllüdlü Tuncay Abdullayevi qətlə yetirməkdə təqsirləndirilən Rəhman Süleymanov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Babək Rayon Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Rəhman Süleymanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Müəllif | Apa.Tv
Apa.tv