Badamdarda 120 min dollarlıq qızıl oğurlandı

Səbail rayonunun Badamdar qəsəbəsindəki mənzillərin birindən oğurluq edilməsi barədə 41-ci Polis Bölməsinə məlumat daxil olub.

 

DİN-dən verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və ötən ilin dekabr ayından cari il fevralın 26-dək olan müddətdə mənzildən 120.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

 

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakinləri S.Rzabəyli və tanışı E.Ağayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub və onlar saxlanılıblar.

 

Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv