Badamdarda yenidən torpaq sürüşməsi olub, 1 ictimai iaşə obyekti və 2 evə ziyan dəyib
Bakının Səbail rayonu ərazisində “20-ci sahə”-dən Badamdar qəsəbəsinə gedən yolda – Bayıl yamacında torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində yol tamamilə bağlanıb. İlkin məlumata əsasən, torpaq sürüşməsi əvvəl qeydə alınan hissədə aktivləşib.
APA TV-nin müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov əraziyə gəlib.
Səbail Rayon İcra Hakimiyyəti başçısının (RİH) müavini Vüqar Şıxməmmədovun sözlərinə görə, ilkin müşahidə zamanı məlum olub ki, 1 ictimai iaşə obyekti, 2 fərdi yaşayış evi zərər görüb. Həmin evlərdə yaşayan sakinlər dərhal təxliyə edilib:
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Səbail Rayon Polis İdarəsinin rəhbəri Cavid Muradov və polis əməkdaşları da cəlb olunub.
Dağıntılar altında “Mersedes” markalı avtomobilin qaldığı bildirilib.