Bağanis-Ayrım sakini SSRİ general-polkovnikinin yaxasından niyə tutdu? – ŞOK FAKTLAR

 

Ermənilərin Qazax rayonun Bağanis-Ayrım kəndində törədiyi faciədən 34 il ötüb. Təpədən dırnağadək silahlanmış düşmən gecə ikən kəndə hücum edib, evləri qarət etdikdən sonra od vurublar. İnsanlara dəhşətli işgəncələr verərək öldürüblər. Həmin gün ermənilər Alməmməd Məhərrəmovu ailəsnin gözü önündə diri-diri yandıraraq qətlə yetiriblər. Mərhumun həyat yoldaşı sözlərinə görə, həmin vaxtı Alməmməd Məhərrəmov onları tövləyə aparıb ki, düşmənin əlinə keçməsinlər. Amma özü faciənin qurbanı olub. Həmayıl xanımla söhbət zamanı erməni falsifikasiyalarının da üstü açılıb. Onun sözlərinə görə, ermənilər bu qırğını törədib lentə alırdılar və Moskvaya təqdim edirdilər ki, guya azərbaycanlılar erməniləri qətlə yetirir. Guya Bağanis-Ayrım kəndində ölənlər ermənilərdir. SSRİ Daxili Qoşunlarının komandanı general-polkovnik Yuri Şatalinin Qazaxa səfəri zamanı bu söhbətin üstü açılıb. İndi Hamayıl Məhərrrəmovun bir aruzu var - övladları və nəvələri ilə birlikdə doğma kəndinə gedib həyat yoldaşının əsirlikdə olan məzarını ziyarət etmək istəyir. Xatırldaq ki, erməni işğalçıları Qazax rayonun dağlıq kəndi olan Bağanis-Ayrıma hücum zamanı qumbaratanla evləri dağıdıb, qarət edib, yandırıblar. Bəzi azərbaycanlıları elə yanan evdə şəhid ediblər. Qətliama məruz qalanların ən yaşlısı 75, ən kiçiyi isə beşikdə olan 39 günlük körpə olub. Hazırda Qazax rayonun 7 kəndi erməni işğalındadır. İşğal olunan kəndlər Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, və Xeyrimlidir. Bu kəndlərin sakinlərinin bəziləri Qazaxda inşa edilən Yeni Qəsəbədə, bir qismi isə rayonun mərkəzində məskunlaşıb. Fuad Nazimoğlu, Elşad Cəfər APA TV Qazax

Müəllif | Apa.Tv
Apa.tv