Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıbmış

Bakıda evdən meyit tapılıb.

 

Fövqəladə Hallar Nazirliyindən  məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb.

 

Orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif | Apa.Tv
Apa.tv