Bahar Festivalında Naxçıvan kökəsinə, Sədərək kətəsinə böyük tələbat var

Bahar Festivalında Naxçıvan kökəsinə, Sədərək kətəsinə böyük tələbat var - APA TV Festivalın keçirildiyi ərazi Novruz atributları ilə bəzədilib. Novruz bayramı günlərində Naxçıvanqalada istirahətin mənalı keçməsi üçün sənət məhsullarının sərgi-satışı, muxtar respublikanın digər rayonlarından gələn milli mətbəx ustalarının bişirdiyi bir-birindən ləziz yeməklər nümayiş etdirilir. Həmçinin, festivalda incəsənət ustalarının rəngarəng konsert proqramları da təşkil olunub. Qonaqlar burada Novruz adət-ənənələrini canlandıran və Naxçıvanın müxtəlif bölgələrini tərənnüm edən guşələrə baxır, hazırlanan mətbəx nümunələrindən dadırlar. Festivalda diqqəti ən çox cəlb edən məqam isə muxtar respublikanın bölgələrinə xas olan şirniyyatların, yeməklərin Naxçıvanqalada bişirilərək qonaqlara təqdim olunmasıdır. Xüsusilə, Bahar Festivalında Naxçıvan kökəsinə, Sədərək kətəsinə böyük tələbat var. Festivalda iştirak edənlər həm burada öz hazırladıqları məhsulları satır, həm də istirahət edirlər. Yaşlı nənələrimizin isə isti-isti bişirdikləri kətələrin dadı isə Naxçıvanqalada təşkil olunan Bahar Festivalı isə daha çox uşaqların sevincinə səbəb olub.

Müəllif | Apa.Tv
Apa.tv