Bahar Muradova Dövlət Komitəsinin sədri təyin edildi

Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

 

APA TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

Qeyd edək ki, Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1993-1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı işləyib. 1995-2000-ci illərdə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifəsində çalışıb. 2000-ci ildə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. 2000-2020-ci illərdə Milli Məclisin deputatı, Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub. Azərbaycan prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv