Bakı Avrasiya Universitetində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb

Bakı Avrasiya Universitetində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb.

 

APA TV-nin məlumatına görə, proses “PAOS dezinfeksiya” şirkətinin əməkdaşları tərəfindən həyata keçirilir.

 

Dezinfeksiya işlərindən başqa, tələbələrin maarifləndirilməsi üçün Universitetin daxili divarlarında koronavirusla mübarizənin təbii üsulları haqqında məlumat lövhələri asılıb. 

 

Universitetin mətbuat xidmətinin rəhbəri Şəfaət Avılbəylinin sözlərinə görə, profilaktik tədbirlərə bu gün səhər saatlarından etibarən başlanılıb: “Əvvəlki günlərdə, yəni tədris davam etdiyi vaxtlarda da biz mütəmadi olaraq tələbələr arasında tibbi-profilaktik tədbirlər görmüşük. Onlar üçün, yəni bütün auditoriyalar və ictimai yerlərdə, biz bufetdə və bəzi inzibati otaqlarda dezinfeksiya məhlulları ilə təmin etmişik və bu qabaqlayıcı tədbirlər mütəmadi olaraq görülür. Bu gün də, bütün otaq və auditoriyalarda dezinfeksiya işlərini aparırıq”.

 

Qeyd edək ki, dezinfeksiya işlərinin tam və sürətli aparılması üçün Nazirlər Kabinetinin qərarına əsasən ali və ümumtəhsil müəssisələrində mart ayının 9-dək dərslər dayandırılıb.

 

Mir Çingiz Ağazadə

Üzeyir Ağayev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv