17:00 18 mart 2023 154
Ana səhifə Xəbərlər

Bakı bulvarı möcüzələr aləminə çevrildi: Uşaqlar nağıllar aləminə düşəcəklər

Burada ziyarətçilər üçün quraşdırılan Novruz şəhərciyində müxtəlif rəngarəng kompazisiyaların arasında, səməni, tonqallar, milli geyimdə və əllərində milli musiqi alətləri olan kuklalar, Nizami Gəncəvinin “Xəmsə”sindən olan təsvirlərlə bəzədilmiş rəngarəng oyuncaqlar var. Bununla yanaşı, ərazidə uşaqların əyləncəsinə rəngarənglik qatmaq məqsədilə hava ilə doldurulmuş oyuncaqlara da rast gələcəksiniz.

Bundan başqa, “Köhnə bulvar” ərazisində animatorların iştirakı ilə tamaşalar və əyləncəli-musiqili proqramlar da təşkil olunacaq. Novruz bayramına həsr olunmuş şənliklər martın 26-na kimi davam edəcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın