Bakı Limanı Respublika günü ilə bağlı maraqlı aksiya keçirib
28 May Respublika Günü ilə əlaqədar olaraq Bakı Limanının quru yük terminalında 54 konteynerdən istifadə olunaraq "AZƏRBAYCAN" sözü yazılıb.
Bakı Limanından APA TV-yə verilən məlumata görə, hər bir hərif 23 metrdən hündür olmaqla, 7 metrə yaxın bir ərazini əhatə edir.
Əlavə olaraq COVID-19 zamanı ümumrespublika birlik simvoluna çevrilən #BizBirlikdəGüclüyük hashtagi, dövlət bayrağımız və Bakı Limanının loqosunun əks olunduğu konteynerlər də kompozisiyanı tamamlayıb.
Xatırladaq ki, #BizBirlikdəGüclüyük ümumrespublika kampaniyası çərçivəsində Bakı Limanı tərəfindən limanın yerləşdiyi Ələt qəsəbəsində yaşayan 300 ailəyə ərzaq yardımı edilib.