"Bakı Metropoliteni" sərnişinlərə müraciət etdi

"Bakı Metropoliteni" sərnişinlərə müraciət edib.

 

Qurumdan APA TV-yə verilən məlumata görə, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bir daha sərnişinlərindən öz sağlamlıqları naminə sanitar-gigiyenik normaların tələblərinə ciddi riayət etməyə və bu məsələlərdə metropoliten işçiləri ilə fəal əməkdaşlığa, həmfikir və həmrəy olmağa çağırır.

 

Qurum hər kəsdən stansiya və qatarları zibilləməməyi, təmizliyə riayət etməyi xahiş edir.

 

Həmçinin bildirilir ki, tibbi ləvazimatların, qida, yeyinti və kulinariya məhsullarının, o cümlədən fəal və dayanıqlı mikrob daşıyıcılarının təmas olunan yerlərə atılmasına, yapışdırılmasına və sair bu kimi hallara yol verilməməsi günün qaçılmaz tələbi, hər birimizin vətəndaş və vicdan borcudur.

 

Müəllif | Apa.Tv
Apa.tv