Bakı metrosunda gecə saatlarında yaranmış texniki nasazlıq aradan qaldırılıb
Bakı metropolitenində gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb.
APA TV-nin xəbərinə görə, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, nasazlıq aradan qaldırıldıqdan sonra Bakı metropoliteninin xətləri təlimat tələblərinə uyğun olaraq təkrarən yoxlanıldıqdan sonra elektrik qatarları xəttə buraxılıb və stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb.