Bakı metrosunda problem: “Qapını tutub saxladılar, qatarlar gecikdi”

Bakı Metropoliteninin stansiyalarında qatarların gecikməsi müşahidə olunub. Nəticədə platformada sıxlıq yaranıb. Vəziyyət sərnişinlərin narazılığına səbəb olub. Qatarların gecikməsinin səbəbini öyrənmək üçün Bakı Metropoliteninin mətbuat xidməti ilə əlaqə saxladıq. Bildirildi ki, qatarların gecikməsi hər hansı texniki nasazlıqla əlaqədar deyil. Səbəb bayramqabağı sərnişin axınının artması və sərnişinlərin qatarların qapılarını tutub saxlamasıdır. Açıqlamada, həmçinin qeyd olunub ki, bu kimi halların tənzimlənməsi üçün Bakı Metropoliteni tərəfindən tədbirlər görülür.

ORXAN ASLAN APA TV

Müəllif | Apa.Tv
Apa.tv