Bakı metrosunda qiymət artacaq? - SƏDR MÜAVİNİ AÇIQLADI

Bakı metrosunda bu il və gələn il qiymət artımı olmayacaq.

 

APA TV xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlaması zamanı bildirib.

 

"Metropoliten tərəfindən bununla bağlı Tarif Şurasına heç bir müraciət olunmayıb və müraciət olunması gözlənilmir", - deyə Hidayət Məmmədov bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv