Bakı polisi mitinqlə bağlı məlumat yayıb
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Qardağ rayonu ərazisində Lökbatan qəsəbəsində təşkil olunan mitinqlə bağlı məlumat yayıb.
İdarədən APA TV-yə bildirilib ki, noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun adı çəkilən qəsəbədəki idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqi keçirilib.
Saat 15:00-dən 17:00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 (dörd yüz əlli) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb.