Bakı-Qazax magistralında avtomobil yolayırıcına çırpılıb, xəsarət alan var
Bakı-Qazax magistralının Qaradağ rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.
APA Tv xəbər verir ki, Sadiq Süleymanov idarə etdiyi "Nissan" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
O, yük maşınını sağdan ötmək istəyib. Bu zaman idarəetməni itirərək arakəsməyə çırpılıb.
Hadisə nəticəsində Sadiq Süleymanov xəsarət alıb. Avtomobil deformasiyaya uğrayıb.
Əraziyə Qaradağ Rayon Polis İdarəsinin və DYP-nin əməkdaşları cəlb olunub, avtoekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.