Bakı-Qazax magistralında iki yük maşını toqquşdu

Bakı-Qazax magistralında  yük maşınları toqquşub, yolda hərəkət müvəqqəti məhdudlaşdırılıb.

APA TV-nin Mil-Muğan bürosunun məlunatına görə, hadisə gecə yarısı Bakı-Qazax magistralının 110-cu kilometrliyində Hacıqabul şəhərinin ərazisindən keçən  körpünün üstündə baş verib.

Beynəlxalq yükdaşıma həyata keçirən Türkiyə vətəndaşının idarə etdiyi “Mercedes” markalı TIR yük avtomobili arxadan  “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə hər iki yük avtomobili sıradan çıxmaqla yanaşı yol infrastrukturuna da ciddi ziyan dəyib. Qəza baş  verən  andan magistralın Qazax istiqamətində olan hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Qəzanın fəsadları aradan qaldırıldıqdan sonra yolda hərəkət bərpa olunub. Qəza zamanı TIR markalı avtomobilin sürücüsü yüngül  xəsarət alıb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv