Bakı-Qazax yolunda avtobusla yük maşını toqquşdu

Ağstafada yük maşını və avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətədə olan "Mersedec Sprinter" markalı sərnişin avtobusu ilə "ZİL" markalı yük maşınının toqquşması nəticəsində 17 sərnişin xəsarət alıb.

 

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətədə olan "Mersedec Sprinter" markalı sərnişin avtobusu ilə "ZİL" markalı yük maşınının nəticəsində 17 sərnişin xəsarət alıb.

 

Xəsarət alanların 1961-ci il təvəllüdlü Azəri Durdanə Əli qızı, 1954-cü il təvəllüdlü Musayev Mirsadıq Məsim oğlu, 1962-ci il təvəllüdlü Əhmədova Nərminə Abbas qızı, 1994-cü il təvəllüdlü Həsənli Elgün Arif oğlu, Bukavadze Mehriban Çengiz qızı, 2002-ci il təvəllüdlü Bəkirova Rima Əli qızı, 1964-cü il təvəllüdlü Məmmədov Həmid Məmməd oğlu, 1977-ci il təvəllüdlü Əliyeva Zəminə Rəhim qızı, 1986-cı il təvəllüdlü Məmmədov Vüsal Həmid oğlu, 1993-cü il təvəllüdlü Ağazadə Vasif Fuad oğlu, 1996-cı il təvəllüdlü Əzizova Nigar Hidayət qızı, 1999-cu il təvəllüdlü Bukavadze Rəsmiyə Əli qızı, 2022-ci il təvəllüdlü Bukavadze Səkinə Mirəli qızı, 2022-ci il təvəllüdlü Bəkirov İsmayıl Koroğlu oğlu və 1978-ci il təvəllüdlü Bəndəliyev Ayaz Müslüm oğlu olduğu bildirilir. Digər iki nəfərin adları hələ ki məlum deyil.

 

TƏBİB Bakı-Qazax avtomobil yolunda baş verən qəzada xəsarət alanlar barədə məlumat yayıb.

 

TƏBİB-dən APA-ya verilən məlumata görə, Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Fuad Nazimoğlu

Mehdi Məmmədov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv