Bakı-Qazax yolunda avtomobil aşıb, 2 nəfər ölüb və 3 nəfər xəsarət alıb

Hacıqabul-Kürdəmir rayonlarının sərhədində baş vermiş yol qəzasında daha bir nəfər dünyasını dəyişib.

APA Tv-nin  Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul-Kürdəmir rayonlarının sərhədində qeydə alınıb.  "Toyota" markalı  90-AA-047 qeydiyyat nişanlı avtomobilin aşması nəticəsində Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Hüseynov Ayxan Tahir oğlu hadisə yerində dünyasını dəyişib, onun atası 1983-cü il təvəllüdlü Hüseynov Tahir Səbuhi oğlu və daha 3 nəfər xəsarət alıb. Yaralılar Kürdəmir xəstəxanasına yerləşdirilib. Xəstəxanaya yerləşdirliən yaralılardan biri 1983-cü il təvəllüdlü Mətləb Yusifovun da həyatını xilas etmək mümkün olmayıb.

Avtomobildə olanların hamısı bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv