Bakı-Qazax yolunda iki maşın toqquşub

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-21010" markalı minik maşını arxadan "Mercedes" markalı avtomobilə çırpılıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu, Mehdi Rəşid, APA TV

Müəllif | Apa.Tv
Apa.tv