Bakı-Qazax yolunda zəncirvarı qəza oldu

Yolun buz bağlaması zəncirvarı qəzaya səbəb olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Zəncirvarı qəza zamanı 2 “Mercedes”, 1 “Kia” və 1 “VAZ 2106” markalı minik maşınları toqquşub. Hadisə zamanı 2 maşın yoldan çıxaraq aşıb.

Ölən və xəsarət alanlar yoxdur.

Faktla bağı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv