Bakı-Quba yolunda minik maşını yük maşını ilə toqquşdu
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın 68-ci kilometrliyində qeydə alınıb. “VAZ 2106” markalı avtomobil yük maşınına çırpılıb. Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar Siyəzən Regiona Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.