Bakı-Quba yolunda qəzaların sayı niyə çoxalıb?
Son vaxtlar Bakı-Quba yolunda tez-tez ağır yol-nəqliyyat hadisələri baş verir. Demək olar ki, qəzaların əksəriyyəti ölümlə nəticələnir.
Bəs hadisələrin səbəbi nədir? Nə üçün birdən-birə həmin yolda qəzaların sayı artmağa başlayıb? Bu suallara nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı aydınlıq gətirib. Elməddin Muradlı bildirib ki, Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisələri onu göstərir ki, yolda yol hərəkətinin təşkili və digər məsələlər düzgün tənzimlənməyib:
Elməddin Muradlı deyir ki, Bakı-Quba yolu üçün 110 km/saat sürət həddi qoyulması yanlış addımdır. Ona görə ki, həmin nöqtədə yolların tez bir zamanda sıradan çıxması, sürücülərin tez-tez dağılmış zolaqdan digər zolaqlara manevr etməsi qəzalara səbəb olur. Onun sözlərinə görə hazırda yolda sürət həddi məhz qəzaların qarşısının alınması məqsədilə 90 km/saat müəyyənləşdirilib.
Qeyd edək ki, bir müddət öncə Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda aparılan tikinti-bərpa işləri əlaqədar sürücülərə müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə, həftə sonu Bakı-Quba-Rusiya sərhədi yolunda hərəkət intensivliyinin artacağını nəzərə alıb, eləcə də son günlər bu yolda baş verən ağır qəzaların bir daha təkrarlanmaması üçün sürücülərə müraciət edib.
Onlardan təmir-bərpa işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı olmağı xahiş edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli həmin yolda aparılan təmir işləri bağl APA TV-yə bildirib ki, təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən yolda nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam aradan qaldırılacaq:
Sürət məsafəni deyil, ömrü qısaldır. Bunun qarşısını almaq öz əlimizdədir. Səbirli, təmkinli olmaq, yol-hərəkəti qaydalarına əməl etmək lazımdır.
Yolunuz açıq olsun!
RAMİL ZEYNALLI, ƏLİ ƏLİYEV
APA TV