Bakı sakini Astarada mənzildən 15 minlik qızıl oğurladı
Astarada mənzildən 15 minlik qızıl oğurlayan Bakı sakini saxlanılıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, Astara şəhər sakini Mirvari Mirzəyevanın evindən 15 min manat dəyərində qızıl zinət əşyaları oğurlanıb.
Zərərçəkmiş hadisə ilə bağlı polisə müraciət etdikdən sonra Astara RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə oğurluğu törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun paytaxtın Binəqədi rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Bağıyev olduğu müəyyən edilib.
Ruslan Bağıyevin oğurladığı qızılların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.