Bakı-Şamaxı yolundakı köhnə kafelər və çay evləri sökülür

Şamaxıda magistral yolun kənarındakı köhnə kafelər və çay evləri sökülür.

 

Bakı-Şamaxı-Yevlax və Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yollarının kənarında fəaliyyət göstərən köhnə və şəraitsiz rest­oran, kafe və çay evləri sökülərək yerində müasir obyektlər tikilir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Bakıdan bölgələrə və əks istiqamətə gedən turistlərə, sürücü və sərnişinlərə müasir tələblərə uyğun xidmətin göstərilməsi üçün həmin obyektlərin sahiblərinə uyğun şərait yaradılması tövsiyə edilib.

 

Yeni qərara uyğun olaraq bəzi sahibkarlar müasir standartlara cavab verməyən köhnə və şəraitsiz obyektləri sökməyə başlayıblar. Həmin sahib­karlardan biri olan Şa­maxı sakini Rasim Et­ibarov APA TV-nin yerli bürosuna bildirib ki, obyektinin sökülməsi qərarı ilə razıl­aşsa da, maddi vəsaiti olmadığı üçün yeni tikintiyə necə başlayacağını hə­lə ki, bilmir: "Qazanc əldə etmək məqsədilə illər öncə tikdiyim kafe bu günün tələb­lərinə uyğun gəlmədi­yinə görə sökülüb. Səlahiyyətli nümayəndələr turiz­mlə əlaqədar gələrək, kafenin bina­sına baxış keçiri­blər və yararsız hesab olunub. Bunun yerində müasir kafe tikmək üçün bizim maddi imkanı­mız yoxdu".

 

Müasir tələblərə cav­ab verməyən başqa bir obyektin sahibi isə söküntüdən sonra tikinti işlərinə start verib.

 

Şamaxı rayon İcra Hakimiyyətinin baş memarı Rüstəm Əli­yev APA TV-nin yerli bürosuna bildirib ki, yol kənarında, eləcə də digər ərazilərdə ­bu cür iaşə obyektlərinin sökülməsinə səbəb rayonlarda turizmin inkişafına də­stək olmaqdır: "Həmin obyektlərə baxış keçirilib və sahibkarlara müasir stan­dartlara uyğun layih­ələr təqdim olub, işlərə başlanılıb. Bizim bu prosesi başlatmaq­da əsas məqsədimiz yerli və xarici turistlərin bölgələrə səfəri zamanı onlara stan­dartlara uyğun keyfi­yyətli xidmətin göst­ərilməsini təmin etm­əkdir". Baş memar bil­dirib ki, söküntü və tikinti işlərinin ma­liyyə xərclərini sahi­bkarlar özləri ödəyirlər.  
 

Qeyd edək ki, ilkin mərhə­lədə Şamaxı ilə yana­şı, Qobustan, Ağsu, İsmayıllı və Qəbələ rayonları ərazisindən keçən ölkə əhəmiyyət­li avtomobil yollar­ının kənarlarında uyğun­suz hesab edilən büt­ün köhnə kafe və restoranl­ar söküləcək. 


Şahnəzər Bəşirov

Müəllif | Apa.Tv
Apa.tv