Bakı-Sumqayıt şossesində avtomobil aşıb
Bakıda yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyən sürücü avtomobilini xəndəyə aşırıb.
APA Tv xəbər verir ki, hadisə Ekoloji Nəzarət Postunun yaxınlığında baş verib.
Məlumata görə, həmin ərazidə yolda təmir-tikinti işləri aparılır. Buna görə də yanacaq doldurma məntəqəsinin qarşısı da qazılıb. Bunu vaxtında görməyən "Hyundai" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil qazılan quyuya düşüb.