Bakı-Sumqayıt şossesində piyadanı avtomobil vurub

Bakı-Sumqayıt şossesində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV xəbər verir ki, hadisə Xırdalan qəbirstanlığının yaxınlığında qeydə alınıb.

Belə ki, Rüfət Həsənov sərxoş halda Bakı-Sumqayıt şossesinin piyada üçün müəyyən edilməmiş hissəsindən keçib. Bu zaman onu naməlum avtomobil vurub. 

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

Hadisəni törədən sürücünün axtarışları davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv