Bakı-Sumqayıt şossesində üç avtomobil toqquşub

Bakı-Sumqayıt şossesində üç avtomobil toqquşub.

 

APA TV xəbər verir ki, hadisə şossesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.

 

Belə ki, Opel markalı nəqliyyat vasitəsi eyni markalı avtomobilə çırpılıb. Daha sonra Saipa markalı nəqliyyat vasitəsi hər iki maşına çırpılıb. Qəza nəticəsində Saipa markalı nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb.

 

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Müəllif | Apa.Tv
Apa.tv