Bakı-Sumqayıt şosesində yük avtomobili qəza törədib

Bakı Sumqayıt şossesində yük avtomobili qəza törədib, xəsarət alan var

APA Tv xəbər verir ki, hadisə Bakı Sumqayıt Şossesinin Xırdalan şəhəri ərazsində qeydə alınıb.

Ford markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarında  yeni qazılmış ərazidəki betona çırpılıb. Nəticədə həmin istiqamətdə tıxac yaranıb. Qəza nəticəsində avtomobildə olan sərnişin xəsarət alıb.

Hadisə yerində olan əməkdaşlarımız fiziki təzyiqə məruz qalıb.

Faktla bağlı əraziyə polis əməkdaşları cəlb edilib. Yolda tıxac yaranmasın deyə avtomobil ərazidən uzaqlaşdırılıb.

Müəllif | Apa.Tv
Apa.tv