Bakı-Sumqayıt yolunda 5 avtomobili əzən sürücü ilə bağlı RƏSMİ AÇIQLAMA
18 oktyabr saat 16:25 radələrində Bakı-Quba avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 23-cü kilometrliyində “Mercedes” markalı avtomobilin sürücüsü Elməddin Abbasov eyni istiqamətdə hərəkət edən bir neçə nəqliyyat vasitəsilə toqquşub. Daha sonra idarəetməni itirərək yolun hərəkət hissəsindən çıxıb və maneəyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb
Baş DYP İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsindən APA TV-yə verilən xəbərə görə, hadisənin baş vermə səbəbi araşdırmanın nəticəsindən sonra məlum olacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Hazırda faktla bağlı araşdırma aparılır.