Bakı-Sumqayıt yolunda AĞIR QƏZA: ÜÇ AVTOMOBİL TOQQUŞDU

Bakı-Sumqayıt yolunda zəncirvarı qəza baş verib.

 

APA TV xəbər verir ki, Masazır dairəsi yaxınlığında, üzü Sumqayıt şəhəri istiqamətində “Toyota Prius”, “Mercedes C class” və “Opel Astra” markalı avtomobillər toqquşub. Qəza səbəbindən yolda uzun tıxac müşahidə olunur.

 

Hadisə zamanı xəsarət alan olmayıb. Buna baxmayaraq avtomobillərin ikisi hərəkətə yararsız vəziyyətə düşüb.

Müəllif | Apa.Tv
Apa.tv