Bakı-Sumqayıt yolunda avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Sumqayıt avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun məlumatına görə, qəza yolun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, yolu keçmək istəyən piyada, 2004-cü il təvəllüdlü Quliyev Rizvan Ramil oğlunu “NİVA” markalı avtomobil vurub. 

17 yaşlı piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv