Bakı-Sumqayıt yolunda iki "Mercedes" toqquşub – XƏSARƏT ALAN VAR

Bakı Sumqayıt şossesində yol nəqliyyat hadisəsi baş verib.

APA Tv xəbər verir ki, yola saldığımız gecə Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazsinə düşən hissəsində iki avtomobil toqquşub. Belə ki, paytaxt istiqamətində hərəkətdə olan Azər Allahverdiyev idarə etdiyi Mercedes markalı avtomobilə Abbas Fərəcovun idarəetməsində olan eyni markalı avtomobil çırpılıb. Zərbə o qədər güclü olub ki, Azər Allahverdiyevə məxsus avtomobildə sərnişin ağır xəsarət alıb.

Hadisəni törədən Abbas Fərəcov bildirir ki, o təyin olunan sürət həddi ilə hərəkətdə olub qarşıdakı avtomobil yəni qəzaya uğrayaq mercedesin sürücüsü qəfil əyləcdən istifadə edib.

Hadisə şahidlər və əraziyə cəlb edilən Yol Patrul Xidmətinin əməkdaşları təcili tibbi yardım xidmətinə məlumat verib. Təcili yardım briqadası əraziyə cəlb edilib. Yaralı sərnişin 1 saylı kliniki tibbi mərkəzə aparılıb.

Azər Allahverdiyev hadisə zamanı öz yolu ilə hərəkətdə olduğunu bildirirb

Hadisənin dəqiq səbəbləri yaxınlıqdakı kameraların lentə aldığı görüntülətrə baxıldıqdan və təyin olunan avtotexniki ekspertizanın rəyin sonra məlum olacaq.

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv